Yuxarı
    Bağlamaq

    Tomas Bax: "Azərbaycan Dövət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq aləmdə ölkənin nüfuzunu artırır"

    Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıda rektorla zarafatlaşdı

    Bakı. 20 noyabr. REPORT.AZ/ "Belə yüksək mükafata layiq görülməyim və əməyimin qiymətləndirilməsi münasibətilə məni təbrik edənlərə minnətdarlıq edirəm". "Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax Azərbaycan Dövət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəxri doktoru alması münasibətilə təşkil olunan tədbirdə deyib.

    O bildirib ki, akademiyaya daxil olarkən, özünü evindəki kimi hiss edib. Bax divarlardakı yüksək nailiyyətləri olan idmançıların ADBTİA yetirmələri olduğunu bildikdə, böyük fəxr hissi keçirib. İOC prezidenti danışmağa çox sözünün olduğunu, amma ADBTİA rektoru Ağacan Abiyevin qoyduğu məhdudiyyət üzündən qısa danışacağını açıqlayıb: "Atalar sözü var: "İnsanın qəlbi doludursa, onu saxlamaq olmur". Həqiqətən də mənim qəlbim doludur. Amma rektorunuz da həssas insandır. Məni dəvət edərkən, dedi ki, çalışın çıxışınız 5 dəqiqədən çox olmasın". 

    Bu zaman Abiyev müdaxilə edərək, çıxış üçün 5 yox, 7 dəqiqə ayırdığını söyləyib. Bax isə bildirib ki, ADBTİA istedadlı idmançılar yetişdirməklə, cəmiyyətə xeyir verir və beynəlxalq aləmdə ölkənin nüfuzunu artırır: "Bu, əhalinin böyük hissəsini 30 yaşdan aşağı gənclərin təşkil etdiyi Azərbaycan üçün böyük nailiyyətdir. Mən burada əziyyət çəkən hər kəsin əməyini yüksək qiymətləndirirəm. Xoşbəxtəm ki, rektorunuzun verdiyi 7 dəqiqədən kənara çıxmadım. Hamınıza uğurlar və parlaq gələcək arzulayıram".

    Sonda Bax Abiyevə xatirə hədiyyəsi təqdim edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi