Tokio-2020: Qadınlar arasında voleybol turnirinin qalibi müəyyənləşib

Tokio-2020: Qadınlar arasında voleybol turnirinin qalibi müəyyənləşib Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında voleybol yarışına yekun vurulub.
Komanda
8 Avqust , 2021 10:01
Tokio-2020: Qadınlar arasında voleybol turnirinin qalibi müəyyənləşib

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında voleybol yarışına yekun vurulub.

"Report"un məlumatına görə, finalda Braziliya millisinə 3:0 hesabı ilə qalib gələn ABŞ yığması olimpiadanın qızıl medallarına sahib çıxıb.

Çempion komanda ilk setdə 25:21, ikinci setdə 25:20, üçüncü setdə isə 25:14 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bürünc mükafata Cənubi Koreyanı eyni hesabla məğlub edən Serbiya millisi yiyələnib.

Son xəbərlər

Orphus sistemi