Tokio-2020: ABŞ millisi İrana böyük hesabla qalib gəlib

Tokio-2020: ABŞ millisi İrana böyük hesabla qalib gəlib Basketbol üzrə ABŞ millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb
Komanda
28 İyul , 2021 12:52
Tokio-2020: ABŞ millisi İrana böyük hesabla qalib gəlib

Basketbol üzrə ABŞ millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, "Arzular komandası" A qrupundakı ikinci qarşılaşmasında İran yığması ilə üz-üzə gəlib. Amerikalıların rəqibini 120:66 hesabı ilə darmadağın edib.

ABŞ-ın heyətində ən məhsuldar oyunçu komandasına 21 xal qazandıran Damian Lillard olub.

Qeyd edək ki, ilk görüşündə Fransaya 76:83 hesabı ilə uduzmuş ABŞ millisi sonuncu oyununu iyulun 31-də Çexiyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi