Tofiq Heydərov Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib

Tofiq Heydərov Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib O, fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək
Komanda
9 Dekabr , 2017 11:00
Tofiq Heydərov Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.

Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib. 

Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. T.Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi