Təyyarə quşlara tuş gəldi, mühərriki yararsız vəziyyətə düşdü

Təyyarə quşlara tuş gəldi, mühərriki yararsız vəziyyətə düşdü Hadisə nəticəsində yaralanan olmayıb
Komanda
31 Mart , 2021 12:57
Təyyarə quşlara tuş gəldi, mühərriki yararsız vəziyyətə düşdü

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Yuta Caz" komandası xoşagəlməz hadisə ilə üzləşib.

"Report"un məlumatına görə, oyunçuları "Menfis Qrizzlis"lə oyuna aparan təyyarə bir müddət sonra quş sürüsünə tuş gəlib. Nəticədə mühərriklərindən biri yararsız vəziyyətə düşən "hava gəmisi" təcili hava limanına qayıdıb.

Hadisə nəticəsində yaralanan olmayıb. Komanda üzvləri daha sonra başqa bir təyyarə ilə yola düşüb.

Qeyd edək ki, "Yuta Caz"ın heyətində Türkiyə millisinin basketbolçusu Ersan İlyasova forma geyinir.

Son xəbərlər

Orphus sistemi