Yuxarı
    Bağlamaq

    “Telekom” Çempionlar Liqasında İtaliyanın “Modena” klubu ilə qarşılaşacaq

    Zoran Qayiçin baş məşqçisi olduğu komandanı yalnız qələbə qane edir

    Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar baş tutacaq. 

    "Report"un məlumatına görə, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Telekom” IV tur çərçivəsində İtaliyanın “Modena” klubu ilə qarşılaşacaq.

    “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək görüşdə Zoran Qayiçin baş məşqçisi olduğu komandanı yalnız qələbə qane edir. Əks halda, "Telekom" pley-off mərhələsinə yüksəlmək şansını itirəcək.

    Çempionlar Liqası

    A qrupu, IV tur

    8 fevral

    17:00. “Telekom” (Azərbaycan) – “Modena” (İtaliya)

    Hakimlər: Stefan Qrider (İsveçrə), Tudor Pop (Rumıniya)

    Bakı. “Sərhədçi” İdman Olimpiya Mərkəzi

    Xal durumu: 1."Modena" (İtaliya) - 8, 2."Konelyano" (İtaliya) - 6, 3."Ximik" (Polşa) - 4, 4."Telekom" (Azərbaycan) - 0. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi