Yuxarı
    Bağlamaq

    "Qarabağ" futbol klubu haqqında film çəkilir

    Qolts Ağdamın maşın seriyası olan 02 nömrəli formanı alıb

    Bakı. 10 aprel. REPORT.AZ/ "Qarabağ" futbol klubu haqqında 52 dəqiqəlik film çəkilir. "Report" xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə keçirilən görüşdən sonra Qafqaz üzrə mütəxəssis, tanınmış jurnalist Tomas Qolts bildirib. O qeyd edib ki, film tək futbolu deyil, müharibə mövzusunu da əhatə edəcək.

    T.Qolts bildirib ki, Qarabağın dünyaya Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə futbol klubunun öz uğurlu çıxışı da böyük rol oynayır. T.Qolts filmin təqdimatının Quzanlıda da keçiriləcəyini açıqlayıb: "Sabah təqdim olunacaq filmdə "Qarabağ"ın sonuncu dəfə "İmarət"də olduğu ildən indiyədək keçdiyi yol əks olunub".

    Vurğulanıb ki, dünyada komandası olmayan minlərlə şəhər var, amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan "Qarabağ" barədə çəkilən film xüsusi önəm kəsb edir.

     “Qarabağ” futbol klubunun inzibati binasında keçirilən görüşdə vitse-prezident Tahir Gözəl komandanın uğurla çıxış etdiyini və Azərbaycanı dünyaya dostların köməyi ilə tanıtdırdığını bildirib.

    O, 1990-cı illərdən tanıdığı Tomas Qolts və Şakir Eminbəylinin belələrindən olduğunu söyləyərək onlara hədiyyələr təqdim edib.

    Daha sonra klub rəsmisi hər iki şəxsə "Qarabağ"ın formasını və xatirə hədiyyəsi təqdim edib. Qolts Ağdamın maşın seriyası olan 02 nömrəli formanı alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi