Taekvondo üzrə dünya çempionatında Azərbaycan millisi ilk medalı təmin edib

Taekvondo üzrə dünya çempionatında Azərbaycan millisi ilk medalı təmin edib Çempionat Çelyabinsk şəhərində keçirilir
Komanda
16 May , 2015 20:06
Taekvondo üzrə dünya çempionatında Azərbaycan millisi ilk medalı təmin edib

Bakı. 16 May. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalı təmin edib.

"Report"un məlumatına görə, həmin medalın sahibi 87 kq çəki dərəcəsində yer alan Radik İsayev olub.

R.İsayev bu uğura yarımfinala yüksəlməklə imza atıb. O, sabah kubalı Rafael Kastilyo ilə keçirəcəyi növbəti mərhələ döyüşündə uduzsa, bürünc medalla kifayətlənəcək.

Qələbə təqdirində isə finala yüksələrək, həlledici qarşılaşmanın nəticəsinə əsasən, qızıl və ya gümüş medala sahib olacaq.

Son xəbərlər

Orphus sistemi