“Synergy Baku” velosiped komandası Fransada uğurla çıxış edib

“Synergy Baku” velosiped komandası Fransada uğurla çıxış edib Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışına yekun vurulub
Komanda
2 May , 2015 21:31
“Synergy Baku” velosiped komandası Fransada uğurla çıxış edib

Bakı. 2 May. REPORT.AZ/ Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışına yekun vurulub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, 146 kilometrlik sonuncu mərhələ də “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli məsafəni 3 saat 22 dəqiqə 22 saniyəyə başa vuraraq finiş xəttini ikinci keçib.

Matey Müqerli “Le Tour de Bretagne” yarının ikinci mərhələsində qalibiyyət sevinci yaşamış, beşinci etapında isə üçüncü olmuşdu. Dördüncü mərhələdə isə Yannis Tamuridis ikinci nəticə göstərmişdi. Yeddi mərhələli yarışda üç dəfə fəxri kürsüyə qalxan Matey Mügerli bununla da ümumi təsnifatda altıncı yeri tutub.

“Le Tour de Bretagne” yarışı “Synergy Baku” üçün mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaïdjan” veloyürüşü öncəsi son sınaq xarakteri daşıyıb.

Son xəbərlər

Orphus sistemi