"Spartak"ın sabiq oyunçusunun meyiti aşkarlanıb

"Spartak"ın sabiq oyunçusunun meyiti aşkarlanıb Rusiyanın "Spartak" və MOİK komandalarının sabiq xokkeyçisi Stanislav Aqafonov vəfat edib.
Komanda
21 Yanvar , 2021 14:25
Spartakın sabiq oyunçusunun meyiti aşkarlanıb

Rusiyanın "Spartak" və MOİK komandalarının sabiq xokkeyçisi Stanislav Aqafonov vəfat edib.

"Report" "REN TV"yə istinadən xəbər verir ki, o, 34 yaşında dünyasını dəyişib. Aqafonovun meyiti Leninqrad vilayətinin Vertemyagi kəndindəki evdə aşkarlanıb.

Tanışı onunla əlaqə yarada bilmədiyi üçün bir neçə gün əvvəl polisə müraciət edib. Bəzi məlumatlara görə, xokkeyçi narkotikdən istifadə edib. Meyitin yaxınlığında şprislər, naməlum ağ maddə və qaşıq tapılıb. Onun yüksək dozaya görə öldüyü ehtimal edilir.

Qeyd edək ki, Stanislav Aqafonov 2012-ci ildən məşqçi kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi