​"SOCAR Petkim Spor" türkiyəli basketbolçu transfer edib

​"SOCAR Petkim Spor" türkiyəli basketbolçu transfer edib Klub Gökhan Karabıyıkı heyətə cəlb edib
Komanda
493
1 İyul , 2016 11:04
​SOCAR Petkim Spor türkiyəli basketbolçu transfer edib

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyənin 1-ci liqasında çıxış edən "SOCAR Petkim Spor" heyətini yerli basketbolçu ilə gücləndirib. "Report"un məlumatına görə, Gökhan Karabıyık yeni mövsümdə İzmir təmsilçisinin uğurları üçün çalışacaq.

2.07 m boyu olan 28 yaşlı basketbolçu bunadək TOFAŞ, "Genc Telekom", "Antalya BŞB", "Hacettepe Universiteti", İBB və "Milli Piyanqo" klublarında çıxış edib. Onun son klubu "Sinpaş Denizli Basket" olub.

Qeyd edək ki, "SOCAR Petkim Spor" son mövsümü 52 xalla 7-ci yerdə tamamlayıb.

Son xəbərlər

Orphus sistemi