​"SOCAR-Azərbaycan" Avropa Kubokunda gümüş medal qazanıb

​"SOCAR-Azərbaycan" Avropa Kubokunda gümüş medal qazanıb "Odlar Yurdu" yarışı 13-cü pillədə başa vurub
Komanda
25 Oktyabr , 2015 09:10
​SOCAR-Azərbaycan Avropa Kubokunda gümüş medal qazanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizəyə yekun vurulub.

"Report" xəbər verir ki, son turda Azərbaycanın "SOCAR-Azərbaycan" klubu Rusiyanın "Mednıy Vsadnik" kollektiviylə heç-heçə oynayıb - 3:3.

Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Naşe naslediye" klubuna uduzub - 2.5:3.5.

7 turda sonra 13 xal toplayan "Sibir" klubu ilk dəfə Avropa Kubokunun qalibi olub. Turnirin ötənilki qalibi "SOCAR-Azərbaycan" 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Gənc şahmatçılardan ibarət "Odlar Yurdu" yarışı 13-cü pillədə başa vurub.

"SOCAR-Azərbaycan"ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.

Son xəbərlər

Orphus sistemi