Yuxarı
    Bağlamaq

    Sloveniya və Macarıstan yığmaları 3x3 basketbolu üzrə Avropa Çempionatının qalibləri olublar

    Buxarestdə keçirilən FİBA 3x3 basketbolu üzrə Avropa çempionatı başa çatıb

    Buxarest. 05 sentyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən FİBA 3x3 basketbolu üzrə Avropa çempionatı başa çatıb.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, kişilərin yarışında qitə birinciliyinin qızıl medalını Sloveniya millisi qazanıb. Serbiya yığması gümüş, Hollandiya millisi isə bürünc medallara sahib olub.

    Kişilər - Final:

    Sloveniya – Serbiya 19-17

    3-cü yer:

    Hollandiya – Rusiya 22-16

    Qadınlardan ibarət yığma komandaların finalında isə qələbə qazanan tərəf Macarıstan millisi olub. Ev sahibi Rumıniya millisi Avropa çempionatının gümüş, Rusiya yığması isə bürünc medallarını qazanıb.

    Qadınlar - Final:

    Macarıstan – Rumıniya 21-14

    3-cü yer:

    Rusiya – İsveçrə 15-13

    Qeyd edək ki, FİBA 3x3 basketbolu üzrə Avropa çempionatı sentyabrın 2-dən sart götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi