Slovakiyalı futzalçı millimizlə oyunu səbirsizliklə gözləyir

Slovakiyalı futzalçı millimizlə oyunu səbirsizliklə gözləyir "Komandada bəzi itkilər var. Bəlkə də buna görə məndən daha çox şey gözlənilir. Meydanda daha çox işləməliyəm. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəyəm".
Komanda
27 Yanvar , 2021 14:00
Slovakiyalı futzalçı millimizlə oyunu səbirsizliklə gözləyir
Tomaş Draxovski

"Komandada bəzi itkilər var. Bəlkə də buna görə məndən daha çox şey gözlənilir. Meydanda daha çox işləməliyəm. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəyəm".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin futzalçısı Tomaş Draxovski yerli federasiyanın rəsmi saytına açıqlamasında Azərbaycanla keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

İspaniyanın "Qarsia" klubunda çıxış edən Draxovski yığmaya yüksək əhval-ruhiyyədə gəldiyini və qarşıdakı oyunları səbirsizliklə gözlədiyini bildirib: "Vəzifəmin öhdəsindən gəlib-gəlməyəcəyimi oyun göstərəcək. Bizim üçün ən vacib mərhələ başlayır. Final mərhələsinə adlamaq üçün yaxşı imkanımız və komandamız var".

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi