Slovakiyalı futzalçı: "Azərbaycandan uğurlu nəticə ilə qayıda bilərik"

Slovakiyalı futzalçı: "Azərbaycandan uğurlu nəticə ilə qayıda bilərik" "Baş məşqçi heyətlə bağlı yekun qərarını verməyib. Düşünürəm ki, hər bir oyunçunun şansı var".
Komanda
27 Yanvar , 2021 18:10
Slovakiyalı futzalçı: Azərbaycandan uğurlu nəticə ilə qayıda bilərik

"Baş məşqçi heyətlə bağlı yekun qərarını verməyib. Düşünürəm ki, hər bir oyunçunun şansı var".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin futzalçısı Marek Karpyak Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçiricəkləri matç barədə danışarkən deyib.

24 yaşlı qapıçı bildirib ki, Bakıya yaxşı nəticə üçün gələcəklər: "Rəqib, həqiqətən, güclüdür. Bununla belə, vəzifənin öhdəsindən gələ biləcəyimizi fikirləşirəm. Komanda əla vəziyyətdədir. Sadəcə 3 aparıcı futzalçımız bizə kömək edə bilməyəcək. Yaxşı nəticə qazanmaq üçün sonadək mübarizə aparacağıq".

Karpyak müdafiədə diqqətli oynamalarının vacibliyini vurğulayıb: "Rəqibin matçlarının videoyazısını izləyib, oyun üslubunu analiz etmişik. Fikrimcə, onlarla oynamaq olar. Xüsusilə müdafiədə ehtiyatlı olmalıyıq. Bunu edə bilsək, qol vurub uğurlu nəticə ilə qayıda bilərik".

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi