Şimali və Cənubi Koreya yığmalarının hokkeyçiləri məşqdə dil problemi ilə üzləşiblər

Şimali və Cənubi Koreya yığmalarının hokkeyçiləri məşqdə dil problemi ilə üzləşiblər Bakı. 29 yanvar. REPORT.AZ/ Cənubi Koreya və Şimali Koreya hokkeyçiləri Olimpiada-2018-dən əvvəl ilk birgə məşq zamanı dil problemi ilə əlaqədar anlaşmazlıq yaşayıblar.
Komanda
29 Yanvar , 2018 14:38
Şimali və Cənubi Koreya yığmalarının hokkeyçiləri məşqdə dil problemi ilə üzləşiblər

Bakı. 29 yanvar. REPORT.AZ/ Cənubi Koreya və Şimali Koreya hokkeyçiləri Olimpiada-2018-dən əvvəl ilk birgə məşq zamanı dil problemi ilə əlaqədar anlaşmazlıq yaşayıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, çətinlik Koreya Xalq Demokratik Respublikasının (KXDR) və Koreya Respublikasının idmançılarının hokkey ilə əlaqəli anlayışları və fəndləri ifadə etmək üçün fərqli terminologiyadan istifadə etməyə alışdıqlarından baş verib.

Hokkeyçilərə kömək etmək üçün Cənubi Koreya Hokkey Federasiyasının rəhbərliyi şimaldan və cənubdan olan qadın idmançıların istifadə etdiyi sözlərin leksikadakı fərqlərinin olduğu qeyd edilən xüsusi siyahı hazırlayıb. Hər iki ölkənin vahid yazışma sistemindən - Hanqıldan istifadə etməsinə baxmayaraq, onilliklər ərzində iki ölkə vətəndaşları arasında əlaqələrin olmaması ilə əlaqədar dil problemi dərinləşib. Məsələn, Cənubi Koreyada idmanla bağlı bir çox terminlər ingilis dilindən götürülüb sonra da Koreya dilinə uyğunlaşdırılıb, KXDR-də isə bu anlayışların ifadə etmək üçün Koreya dilində yeni xüsusi sözlər yaradılıb.

Son xəbərlər

Orphus sistemi