Serbiyanın "Srvena Zvezda" klubunun azarkeşi "Qalatasaray"la oyun öncəsi Türkiyədə qətlə yetirilib

Serbiyanın "Srvena Zvezda" klubunun azarkeşi "Qalatasaray"la oyun öncəsi Türkiyədə qətlə yetirilib İstanbuldakı oyundan öncə qonaq komandanın fanatı bıçaqlanıb
Komanda
22 Noyabr , 2014 11:13
Serbiyanın Srvena Zvezda klubunun azarkeşi Qalatasarayla oyun öncəsi Türkiyədə qətlə yetirilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Serbiyanın "Srvena Zvezda" klubunun azarkeşi Türkiyə "Qalatasaray"ı ilə basketbol üzrə Avroliqa qarşılaşmasından öncə İstanbulda qətlə yetirilib. "Report"un Serbiyanın RTS telekanalına istinadən məlumatına görə, 25 yaşlı gənc ürəyindən bıçaqlanıb. 

Hadisə "Abdi İpekçi" idman sarayı qarşısında baş verib. İçəri girə bilməyən 400-dək serbiyalı fanat türkiyəli azarkeşlərin hücumuna məruz qalıb. Serbiya konsulu Zoran Mirkoviç hazırda öz vətəndaşlarının Türkiyə ərazisini sağ-salamat tərk etməsinə təminat almağa çalışdıqlarını bildirib. 

Qeyd edək ki, "Qalatasaray" azarkeşləri oyun zamanı "Kosovo, Kosovo" şüarı da səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi