Yuxarı

​Sərbəst güləşçilərimiz Dünya Kubokunu 3-cü yerdə başa vurub

Yığmamız 3-cü yer uğrunda görüşdə Rusiyadan üstün olub

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı başlayıb.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə "B" qrupunda mübarizə aparır. "A" qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayır.

Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan güləşçilərimiz qrupu 2-ci sırada tamamlayıb. Beləliklə, komandamız digər qrupun ikincisi Rusiya yığması ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4-4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız Dünya Kubokunu 3-cü sırada tamamlayıb və bürünc medallara sahib olub.

Dünya Kuboku.3-cü yer uğrunda görüş

Rusiya - Azərbaycan 4:4* (28-34)

57 kq - Viktor Rassadin - Yaşar Əliyev 8:1

61 kq - Mürşüd Mütəllimov - Hacı Əliyev 4:9

65 kq - Zaurbek Sidakov - Məhəmməd Müslümov 0:6

70 kq - İsrail Kasumov - Riuslan Dibirhacıyev 6:4

74 kq - Yakubali Şıxcamalov - Murad Süleymanov 4:1

86 kq - Dauren Kuruqliyev - Aleksandr Qostiyev 4:0

97 kq - Yuriy Belonovski - Şərif Şərifov 1:1*

125 kq - Timur Kotsoev - Cəmaləddin Məhəmmədov 1:12

7-ci yer uğrunda: Kuba - Türkiyə 5:3

5-ci yer uğrunda: Monqolustan - Belarus 3:5

FİNAL görüşü: ABŞ - İran 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi