Sankt-Peterburqda keçirilən Avropa kuboku yarışında gənc cüdoçularımız 5 medal qazanıblar

Sankt-Peterburqda keçirilən Avropa kuboku yarışında gənc cüdoçularımız 5 medal qazanıblar Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Komanda
14 Aprel , 2018 22:58
Sankt-Peterburqda keçirilən Avropa kuboku yarışında gənc cüdoçularımız 5 medal qazanıblar

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək çempion olub.

Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) Sankt-Peterburqda bürünc medala layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi