Bakı. 8 dekabr. REPORT.AZ/ Qış Olimpiya Oyunlarının proqramına yalnız buz və ya qar üzərində keçirilən yarışlar daxil edilə bilər. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) sessiyasında qərar qəbul edilib.
Bu isə o deməkdir ki, şahmatın Qış olimpiadasının proqramına daxil edilmək üçün qanunverici bazası olmaycaq.
Qeyd edək ki, avqustda Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilmiş Kirsan İllümjinov bu idman növünün Qış Olimpiya Oyunlarının proqramına salınması üzərində çalışacaqlarını açıqlayıb.