Yuxarı
    Bağlamaq

    ​Şahmatçılarımız “Qətər Masters Open 2014” turnirində növbəti qələbələrini qazanıblar

    Rauf Məmmədov 6 turdan sonra 4.5 xalla 3-14-cü yerləri bölüşdürür

    Bakı. 2 dekabr. REPORT.AZ/ Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qətər Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-ci turun oyunları başa çatıb.

    "Report" xəbər verir ki, ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.

    6-ci turda qara fiqurlarla mübarizə aparan təmsilçilərimizdən Rauf Məmmədov Polşa təmsilçisi Dariuş Sverç, Qədir Hüseynov Ukraynalı Sergey Fedorcuk, Vasif Durarəyli Fransa şahmatçısı Fabien Libijevski və nəhayət Zeynəb Məmmədyarova indoneziyalı Xarisma Sukandar üzərində qələbə qazanıb. Eltac Səfərli və Fransa şahmatçısı Maksim Vaşe Laqrav qarşılaşması sülhlə nəticələnib. Bu turda Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə məğlubiyyətlə üzləşiblər.

    6 turdan sonra Rauf Məmmədov 4.5 xalla 3-14-cü yerləri bölüşdürür. Qədir Hüseynov, Vasif Durarbəyli və Eltac səfərlinin 4 xalı, Şəhriyar Məmmədyarovun 3.5 xalı, Günay Məmmədzadənin 3 xalı, Zeynəb Məmmədyarovanın isə aktivində 2.5 xalı var.

    Turnirə aktivinə 6 xal yazan Hollandiya şahmatçısı Aniş Gri liderlik edir.

    Xatırladaq ki, turnirdə Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir. İsveçrə sistemi ilə keçirilən 9 turdan ibarət yarış dekabrın 5-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 100 000 avrodur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi