Şahmat üzrə Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlıq dayandırılıb

Şahmat üzrə Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlıq dayandırılıb Yeni kapitanın adı yaxın günlərdə açıqlanacaq
Komanda
24 May , 2016 16:46
Şahmat üzrə Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlıq dayandırılıb

Bakı. 24 may. REPORT.AZ/ Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlığa son qoyulub. 

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov açıqlama verib. 

O bildirib ki, yeni kapitanın adı yaxın günlərdə açıqlanacaq: "Yığmanın kapitanı olmağa iki namizəd var. Onlardan hansının komandaya başçılıq edəcəyinə iki-üç günə aydılıq gələcək".

M.Məmmədov qeyd edib ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq prosesində yığma komandanın digər şahmatçılarının köməyindən istifadə olunacaq.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi 2013-cü ildə Aleksandr Xalifmanın rəhbərliyi altında komandalar arasında Avropa çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi