Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub

Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub Bu nailiyyət Krit adalarında nüfuzlu yarışda əldə edilib
Komanda
6 Noyabr , 2017 22:11
Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub. 

"Report"un məlumatına görə, bu nailiyyət Yunanıstanın Krit adasında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Avropa çempionatı, IX tur 

Azərbaycan - Ukrayna - 2:2

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Pavel Elyanov (Ukrayna) - 0,5:0,5

Yuri Krivoruçko (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Arkadi Naydiç (Azərbaycan) - Ruslan Ponomaryov (Ukrayna) - 0,5:0,5

Yuri Kuzubov (Ukrayna) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi