Yuxarı

Qusarda buzadırmanma üzrə ölkə çempionatı keçirilib - FOTO

Qaliblər 2 gün davam edən yarışdan sonra məlum olacaq

Qusar. 5 fevral. REPORT.AZ/ Qusar rayonunun Ləzə kəndində yerləşən donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Ölkə Çempionatı keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, yarış Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Çempionatda 26 komanda üzrə 80 nəfər qüvvəsini sınayıb. Qaliblər 2 gün davam edən yarışdan sonra məlum olacaq.

Belə yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası əlaqələrinin daha da genişlənməsinə şərait yaradır.

Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi