Bakı. 06 İyun. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Rusiya yığma komandasının baş məşqçisi Qoqi Koquaşvili iyunun 12-də Bakıda ilk dəfə olaraq start götürəcək Avropa Oyunlarında çıxış edəcək heyəti açıqlayıb.
"Report" "Wrestrus.ru"ya istinadən xəbər verir ki, komandanın lideri 2015-ci ildə dünya çempionu olmuş Çingiz Labazanovdur.
Yunan-Roma güləşi üzrə Rusiya yığması
59 kq. Stepan Maryanyan
66 kq. Artyom Surkov
71 kq. Yuri Denisov
75 kq. Çingiz Labazanov
80 kq. Yevgeni Saleyev
85 kq. Davit Çakvetadze
98 kq. İslam Maqomedov
130 kq. Sergey Semyonov
Avropa Oyunları-2015-in yunan-Roma güləşi üzrə turnir proqramı
13 iyun (şənbə)
10.00-14.00 - 59-71-80-98 kq.-dək çəki dərəcələri
19.00-21.30 - 59-71-80-98 kq.-dək çəki dərəcələri (final görüşləri)
14 iyun (bazar günü)
10.00-14.00 - 66-75-85-130 kq.-dək çəki dərəcələri
19.00-21.30 - 66-75-85-130 kq.-dək çəki dərəcələri (final görüşləri)