Yuxarı

​Rusiyanın voleybol klubları Çempionlar Liqası çərçivəsində Türkiyəyə getməkdən imtina edib

Aleksandr Yaremenko: Biz klublarımıza texniki məğlubiyyətin verilməsinə hazırıq

Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiyanın "Beloqorye" və "Dinamo" voleybol klublarının Çempionlar Liqası çərçivəsində Türkiyədə yerli komandalarla keçirilməli olan oyunları təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının (ÜVF) baş katibi Aleksandr Yaremenko məlumat verib.

"Beloqorye" dekabrın 1-də Türkiyənin "Arkas Spor", "Dinamo" isə dekabrın 2-də "Ziraat Bankası" klubları ilə oynamalı idi.

"Biz oyunları ləğv etmirik. Bizim Türkiyəyə getməyimiz tamamilə mümkünsüz olub. Bu bizim ali orqanlarımızın göstərişidir. Bu, oyunların ləğvi deyil. Bu, faktların etirafıdır - biz gedə bilmərik, ona görə Türkiyədə bu oyunlar keçirilməyəcək. Biz öz tərəfimizdən bir neçə variant təklif edirik, lakin Türkiyədə oynaya bilmərik. Biz klublarımıza texniki məğlubiyyətin verilməsinə hazırıq, lakin digər variantlar, məsələn, oyunların bitərəf meydanda keçirilməsi təklif olunarsa, biz onları nəzərdən keçirməyə hazırıq", - deyə "R-Sport" Yaremenkonun sözlərini sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi