Rusiyalı məşhur voleybolçu karyerasını başa vurub

Rusiyalı məşhur voleybolçu karyerasını başa vurub Yekaterina Qamova azarkeşlərə minnətdarlıq edib
Komanda
18 May , 2016 16:15
Rusiyalı məşhur voleybolçu karyerasını başa vurub

Bakı. 18 may. REPORT.AZ/ Voleybol üzrə 2 qat dünya və 11 qat Rusiya çempionu Yekaterina Qamova karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə 36 yaşlı idmançı "Matç TV"yə açıqlamasında bildirib. 

Qamova formalaşmasında rolu olan azarkeşlərə, məşqçilərə, ailəsinə minnətdarlıq edib. Məşhur voleybolçu qərarını sağlıq durumunun çıxışlarını əvvəlki səviyyədə davam etdirməyə imkan verməməsi ilə əsaslandırıb: "Bu, çətin, amma fikrimcə, düzgün qərardır". 

Qeyd edək ki, Yekaterina Qamova 2006 və 2010-cu illərdə dünya, 1999 və 2001-ci illərdə Avropa çempionu, 2000 və 2004-cü il olimpiadalarının gümüş mükafatçısı olub. 

Son xəbərlər

Orphus sistemi