Rusiyada oyun zamanı hakimi döyən azərbaycanlı futzalçının işinə noyabrın 11-də baxılacaq - VİDEO

Rusiyada oyun zamanı hakimi döyən azərbaycanlı futzalçının işinə noyabrın 11-də baxılacaq - VİDEO Bu barədə Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin sədri Artur Qriqoryants açıqlama verib
Komanda
10 Noyabr , 2015 10:08
Rusiyada oyun zamanı hakimi döyən azərbaycanlı futzalçının işinə noyabrın 11-də baxılacaq - VİDEO

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılovun "Viraj" komandasının heyətində "Kurqan"la Rusiya çempionatının yüksək liqasındakı səfər matçı zamanı hakimi döyməsi ilə bağlı insidentə baxılacaq. "Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin sədri Artur Qriqoryants TASS-a açıqlama verib.

Erməni funksioner iclasın noyabrın 11-də keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, Sərxan Mikayılov oktyabrın 31-də Kurqanda keçirilmiş qarşılaşmadakı epizodların birində hakimin qərarını əsəbi qarşılayıb. O, rəqiblə mübarizədə yerə yıxılsa da, hakim cərimə zərbəsi təyin etməyib. Mikayılov hirsindən topu hakimin sifətinə atıb. Referi vərəqə göstərmək istədikdə 40 yaşlı futzalçı onun sifətinə yumruq zərbəsi endirərək yerə sərib. Görüş "Kurqan"ın qələbəsi ilə yekunlaşıb - 6:1. 

Son xəbərlər

Orphus sistemi