Yuxarı
    Bağlamaq

    Rusiya yığması 2018-ci ildə keçiriləcək Qış Olimpiya oyunlarından uzaqlaşdırılıb

    Rusiyalı idmançılar neytral bayraq altında çıxış edə biləcək

    Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya yığması 2018-ci ildə keçiriləcək Qış Olimpiya oyunlarından uzaqlaşdırılıb

    “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Qeyd olunur ki, qan analizlərində dopinq tapılmayan idmançılar Cənubi Koreyanın Pxonçxan şəhərində 2018-ci ildə keçiriləcək Qış Olimpiya oyunlarında neytral bayraq altında çıxış edə biləcək.

    Bununla yanaşı, Beynəlxalq Olimpiya Komtəsi Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən, sabiq idman naziri Vitaliy Mutkonu və onun müavini Yuri Naqornını isə olimpiya oyunlarında rəsmi şəxs kimi iştirakdan həmişəlik məhrum edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi