​Rusiya voleybolçuları Türkiyədə olimpiadaya lisenziya qazanıblar

​Rusiya voleybolçuları Türkiyədə olimpiadaya lisenziya qazanıblar Finalda Rusiya ilə Hollandiya yığmaları qarşılaşıb
Komanda
10 Yanvar , 2016 13:07
​Rusiya voleybolçuları Türkiyədə olimpiadaya lisenziya qazanıblar

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada qadın voleybolçular arasında keçirilən və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa təsnifat turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, finalda Rusiya ilə Hollandiya yığmaları qarşılaşıb.

Görüş şimal qonşularımızın qələbəsi ilə yekunlaşıb - 3:1 (25:21, 22:25, 25:19, 25:20). Bununla da Rusiya millisi son zamanlar münasibətlərində gərginliyin yaşanan Türkiyədə olimpiadaya yeganə lisenziyaya sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi