Yuxarı
    Bağlamaq

    Rusiya və Latviya hokkeyçiləri arasında keçirilmiş oyunda kütləvi dava düşüb - VİDEO

    Əlbəyaxa döyüş 2 dəqiqədən çox davam edib

    Bakı. 31 dekabr. REPORT.AZ/ Yeniyetmə hokkeyçilər arasında keçirilən Baltika Kubokunun Rusiya - Latviya matçında kütləvi dava baş verib. "Report"un məlumatına görə, qarşılaşmanın sonlarında tərəflər əlbəyaxa olublar.

    Qadın hakim buz döyüşünün qarşısını almağa çalışsa da, qəzəbli hokkeyçilər onun xahişinə məhəl qoymayıblar. Döyüş 2 dəqiqədən çox davam edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi