Rusiya və Belarusun basketbol yığmaları dünya çempionatından kənarlaşdırılıb

Rusiya və Belarusun basketbol yığmaları dünya çempionatından kənarlaşdırılıb Kişi və qadın basketbolçulardan ibarət Rusiya milli komandaları dünya çempionatından kənarlaşdırılıb.
Komanda
18 May , 2022 19:14
Rusiya və Belarusun basketbol yığmaları dünya çempionatından kənarlaşdırılıb

Kişi və qadın basketbolçulardan ibarət Rusiya milli komandaları dünya çempionatından kənarlaşdırılıb.

"Report" Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, analoji sanksiya Belarus yığmalarına da şamil olunub.

Hər iki ölkə kollektivlərinin seçmə mərhələlərdəki nəticələri ləğv edilib.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatı bu il 22 sentyabr - 1 oktyabrda Avstraliyada, kişilər arasında mundial isə 2023-cü ildə İndoneziya, Yaponiya və Filippində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi