Rusiya - Ukrayna görüşü ikinci dəfə təxirə salınıb

Rusiya - Ukrayna görüşü ikinci dəfə təxirə salınıb Buna iki ölkənin münasibətlərindəki gərginlik səbəb olub
Komanda
11 Mart , 2015 13:22
Rusiya - Ukrayna görüşü ikinci dəfə təxirə salınıb

Bakı. 11 mart. REPORT.AZ/ Rusiya və Ukraynanın kişi həndbolçulardan ibarət yığma komandaları arasında 2016-cı il Avropa çempionatının seçmə oyunu ikinci dəfə təxirə salınıb. "Report"un Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadən verdiyi məlumata görə, buna iki ölkənin münasibətlərindəki gərginlik səbəb olub. 

Qurumun açıqlamasında bildirilir ki, EHF üçün matçların təhlükəsiz və siyasi məsələlərin minimal təsiri şəraitində keçirilməsi prioritet məsələdir: "Bunu nəzərə alaraq, biz Rusiya - Ukrayna qarşılaşmasının bu iki ölkədən birində təşkilini təsdiqləməyə hazır deyilik". 

Bu görüş öncə 29 oktyabr 2014-cü ildə baş tutmalı idi. Lakin siyasi səbəblər üzündən 28 aprelə keçirilmişdi. Oyunun yeni tarixi hələ açıqlanmır. 

Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi Polşada təşkil olunacaq. Hazırda Rusiya yığması 1 oyundan 2 xalla qrupda 2-ci, xalsız Ukrayna isə 4-cü yeri tutur. 

Son xəbərlər

Orphus sistemi