Yuxarı

​Rusiya Şahmat Federasiyasının prezidenti: "Vəzifəmiz Bakıda ən azı medal qazanmaqdır"

A.Filatov 2016-cı ildə Rusiya yığmasının böyük məşqçisi olmaq qərarına gəlib

Bakı. 15 may. REPORT.AZ/ Rusiya Şahmat Federasiyasının (RŞF) prezidenti Andrey Filatov 2016-cı ilin yanvarında kişilərdən ibarət Rusiya yığmasının böyük məşqçisi olmaq qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə RŞF-nın rəsmi saytında məlumat yerləşdirilib.

"Bizim vəzifəmiz 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında, ən azı medal qazanmaqdır", - deyə Filatov bildirib.

Hazırda komandanın böyük məşqçisi Aleksandr Motılevdir.

Bakıda Şahmat Olimpiadası 2016-cı ilin payızında keçiriləcək. 2014-cü ildə Norveçin Tromsk şəhərində keçirilən Olimpiadada Rusiya yığması dördüncü yerlə kifayətlənməli olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi