Rusiya millisi dünya çempionatında "Katyuşa" ilə çıxış edəcək

Rusiya millisi dünya çempionatında "Katyuşa" ilə çıxış edəcək Mahnı dövlət himninin əvəzinə istifadə olunacaq
Komanda
5 Fevral , 2021 15:16
Rusiya millisi dünya çempionatında Katyuşa ilə çıxış edəcək

Xokkey üzrə Rusiya millisi bu il Latviyanın paytaxtı Riqada keçiriləcək dünya çempionatında "Katyuşa" mahnısı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Xokkey Federasiyasındakı mənbədən bildirilib.

Qeyd olunub ki, mahnı dövlət himninin əvəzinə istifadə olunacaq.

İdman Arbitraj Məhkəməsi (CAS) dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya və paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq.

Qeyd edək ki, dünya çempionatı 21 may - 6 iyunda təşkil olunacaq. Rusiya millisi İsveç, Çexiya, İsveçrə, Slovakiya, Danimarka, Böyük Britaniya və Belarusla eyni qrupda yer alacaq.

Son xəbərlər

Orphus sistemi