Rusiya klubunun 20 üzvü koronavirusa yoluxdu

Rusiya klubunun 20 üzvü koronavirusa yoluxdu Rusiyanın Kontinental Xokkey Liqasında (KXL) çıxış edən "Avanqard" klubunun 20 üzvündə koronavirus aşkarlanıb.
Komanda
21 İyul , 2020 14:58
Rusiya klubunun 20 üzvü koronavirusa yoluxdu

Rusiyanın Kontinental Xokkey Liqasında (KXL) çıxış edən "Avanqard" klubunun 20 üzvündə koronavirus aşkarlanıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçularla yanaşı, işçilərin də testlərinin nəticəsi müsbət olub. 

Klub infeksiyaya yoluxanların təcrid olunduğunu və əksəriyyətində simptomların olmadığını açıqlayıb. 

Qeyd edək ki, Kontinental Xokkey Liqasında yeni mövsümün startı sentyabrın 2-də planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi