​Rumıniyada güləş üzrə Avropa Çempionatı keçiriləcək

​Rumıniyada güləş üzrə Avropa Çempionatı keçiriləcək Turnirdə ölkəmizi yeniyetmələrdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandanın üzvləri təmsil edəcək
Komanda
19 İyun , 2016 05:10
​Rumıniyada güləş üzrə Avropa Çempionatı keçiriləcək

Buxarest. 19 iyun. 21-26 iyun tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçiriləcək. Turnirdə ölkəmizi yeniyetmələrdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandanın üzvləri və eləcə də qadın güləşçilərimiz təmsil edəcək.

Rumıniya Güləş Federasiyasından “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə yarışlar paytaxt Buxarestin Polivalenta idman arenasında keçiriləcək və iyunun 20-də Avropa çempionatının rəsmi açılış mərasimi olacaq.

Avropa çempionatının proqramına əsasən 21-22 iyun tarixlərində yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar. 23-24 iyun tarixlərində qadın güləşçilər mübarizə aparacaqlar, 25-26 iyun tarixlərində isə sərbəst güləşçilər güclərini sınayacaqlar.

Turnirə avropanın 20-yə yaxın ölkəsindən 800 idmançı qatılacaq.

Final oyunları isə Bakı vaxtı ilə axşam saat 19.00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi