Rumıniyada 3x3 basketbolu üzrə Avropa Çempionatına start verilib - FOTO

Rumıniyada 3x3 basketbolu üzrə Avropa Çempionatına start verilib - FOTO Qitə birinciliyinin final mərhələsində 24 ölkənin yığma komandası iştirak edir
Komanda
3 Sentyabr , 2016 00:55
Rumıniyada 3x3 basketbolu üzrə Avropa Çempionatına start verilib - FOTO

Buxarest. 3 sentyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində FİBA 3x3 basketbolu üzrə Avropa çempionatının ilk gününün oyunları başa çatıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, qitə birinciliyinin final mərhələsində 24 ölkənin hər birində 12 kişi və 12 qadından ibarət olan yığma komandası iştirak edir. Çempionatının ilk günü A və B qruplarında yer alan komandaların maraqlı qarşıdurması ilə yadda qalıb.

Kişilər:

A qrupu

Serbiya – Fransa: - 18:13

İspaniya – Fransa: - 13:11

Serbiya – İspaniya: -21:15

B qrupu

Sloveniya –Ukrayna: - 14:8

İtaliya – Ukrayna: - 21:16

Sloveniya – İtaliya: - 21:9

Dünənki görüşlərin nəticəsi olaraq Serbiya, İtaliya, Sloveniya və İspaniya milliləri ¼ finala vəsiqə qazanıblar. Sabah isə C və D qrupunda yer alan Polşa, Çexiya, Hollandiya, Rusiya, Rumıniya və Slovakiya milli komandaları mübarizəyə qoşulacaqlar.

Qadınlardan ibarət yığma komandaların görüşlərində isə Macarıstan, Serbiya, Ukrayna və Rumıniya milliləri adlarını ¼ finala yazıdırıblar.

Qadınlar:

A qrupu

Macarıstan – Belçika: - 18:7

Rumıniya – Belçika: - 18:16

Macarıstan – Rumıniya- 17: 13

B qrupu

İtaliya – Serbiya: -16:18

Ukrayna – Serbiya: - 15:13

İtaliya – Ukrayna: - 14:16

Çempionatın 2-ci günündə isə mübarizəyə C və D qrupunda yer alan İsveçrə, Sloveniya, Rusiya, Çexiya, Avstriya və İspaniya milli yığmaları qoşulacaqlar.

FİBA 3x3 basketbolu üzrə Avropa Çempionatı 3 gün davam edəcək. Çempionatın yarımfinal və final oyunlar sentyabrın 4-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi