Yuxarı

​Rumıniya Güləş Federasiyasının prezidenti: "Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə çox güclü komandası var"

Azərbaycan güləşçiləri yay olimpiya oyunlarında yüksək səviyyədə çıxış edəcəklər

Buxarest, 29 iyun. REPORT.AZ/ Rumıniya Güləş Federasiyasının prezidenti Razvan Pirkalabu “Report”un Şərqi Avropa Bürosuna müsahibə verib:

- Rumıniya güləş üzrə gənclər arasında Avropa çempionatına uğurla ev sahibliyi edib. Bu çempionatda avropanın 38 ölkəsilə yanaşı Azərbaycan millisi də təmil olunurdu. Azərbaycan güləşçilərinin çıxışını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə qeyd etmək istəyirəm ki, istər yunan-Roma, istərsə də sərbəst güləş üzrə çox gözəl və güclü milli komandanız var, bunun da şahidi olduq. Azərbaycan idmançılarının hər mübarizə günü medal qazanması gözlənilən idi. Vurğulamaq istəyirəm ki, ölkənizdə güləş idman növünün və idmançıların hazırlıqlarının yüksək səviyyədə olması hamıya məlumdur.

- Bu çempionatda Rumıniya güləşçiləri də güclərini ortaya qoydu və demək olar ki, müxtəlif növ medallar qazandılar. Neçə hesab edirsiniz, Rumıniya və Azərbaycan idmançılarının birgə təlim məşq toplanışları və yarışlara hazırlaşması mümkündürmü?

- Əlbəttə, hər iki ölkənin federasiyaları birgə əməkdaşlıq edir və münasibətlər də yüksək səviyyədədir. Biz dəfələrlə Bakıda olmuşuq, güləşçilərimiz bir neçə hazırlıq mərhələlərində, təlim məşq toplanışlarında iştirak ediblər. Gələcəkdə bu cür hazırlıqları davam etdirməliyik, çünki bu, hər iki tərəf ücün çox faydalı və məhsuldar olacaq.

Ötən il Azərbaycan “Bakı-2015” I Avropa Oyunlarına ev sahibliyi etdi. Həmin yarışlarda bizim güləşçilər də iştirak edərək müəyyən nəticələr göstərdilər. Ümumiyyətlə Azərbaycan böyük və zəngin ölkə kimi tanınır. Avropa Oyunları da çox yüksək səviyyədə təşkil olunmuşdu və uğurla da yekunlaşdı.

Qarşıda idmançıları avqust ayında Braziliyanın Rio-De-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları gözləyir. Əminliklə deyə bilərəm ki, Rumıniya və Azərbaycan güləşçiləri yay olimpiya oyunlarında yüksək səviyyədə çıxış edəcəklər və medallar qazanaraq bizi sevindirəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi