Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar Bir çox mükafatçıların medallarında problem yaranıb
Komanda
28 May , 2017 04:36
Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

Bakı. 28 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının irland mükafatçıları – yaxtsmen Annaliz Mörfi və avarçəkən qardaşlar Qeri və Pol O'Donovan korlanmış medallarını geri qaytarıblar.

"Report" AFP-yə istinadən xəbər verir ki, bir çox mükafatçıların medal ilə bağlı problemi yaranıb. Onların medalları demək olar ki, hissələrə parçalanıb.

"Zay" məhsulların əksər hissəsi gümüş medalların payına düşüb.

Son xəbərlər

Orphus sistemi