Yuxarı
    Bağlamaq

    "Rio-2016"nın məşəlinin yandırılacağı tarix açıqlanıb

    Olimpiya məşəli Braziliyaya mayın 3-də gələcək

    Bakı. 1 avqust. REPORT.AZ/ 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsi nəzərədə tutulan Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda yerləşən Qədim Olimpiya Məbədində gələn il aprelin 21-də yandırılacaq.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Kuala-Lumpurda keçirilən 128-ci sessiyası zamanı "Rio-2016"nın kommunikasiyalar üzrə direktoru Mario Andrada bildirib.

    Onun sözlərinə görə, Olimpiya məşəli Braziliyaya mayın 3-də gətiriləcək. Növbəti yüz gün ərzində məşəl 83 şəhəri gəzəcək. Estafetdə 12 min məşəl daşıyıcısı iştirak edəcək.  Estafet çərçivəsində ölkənin 500 yaşayış məntəqəsini əhatə edən avtomobil yürüşü keçiriləcək. Bu yolla təşkilatçılar Olimpiya məşəlini əhalinin 90 faizinə göstərmək niyyətindədirlər. Ümumilikdə, Oyunların simvolu yerlə 20 min km, hava ilə 16 min km qət edəcək.

    Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi