"Reno"nun pilotu: "Bakıda divarlarla mümkün qədər az məsafə saxlamaq lazımdır"

"Reno"nun pilotu: "Bakıda divarlarla mümkün qədər az məsafə saxlamaq lazımdır" "Bu, ötmə imkanları olan əla sürət yoludur"
Komanda
20 İyun , 2017 07:56
Renonun pilotu: Bakıda divarlarla mümkün qədər az məsafə saxlamaq lazımdır
Courtesy İmage

Bakı. 20 iyun. REPORT.AZ/ "Bu, xüsusilə şəhər yolu üçün bölmə və ötmə imkanları olan əla sürət yoludur".

"Report" xəbər verir ki, bu sözləri "Formula-1"in Azərbaycan mərhələsi üçün fikir bildirən "Reno"nun pilotu Colion Palmer deyib.

"Orta sektor nahamar səthi və inanılmaz kiçik eninə görə mürəkkəbdir. Şəhər yolunda istənilən səhv anında səni divar gözləyir, odur ki, diqqətli olmaq lazımdır. Bu yol qala divarı yaxınlığındakı hissəni nəzərə almasaq, Monako yolundan daha genişdir. Sürəti saxlamaq üçün divarlara mümkün qədər yaxın getmək lazımdır", — deyə komandanın mətbuat xidməti Palmerin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi