​Rafael Ağayev 13 qat Avropa çempionu olub - VİDEO

​Rafael Ağayev 13 qat Avropa çempionu olub - VİDEO Təcrübəli idmançı karyerasında 13-cü dəfə qitənin ən güclüsü olub
Komanda
8 May , 2016 00:09
​Rafael Ağayev 13 qat Avropa çempionu olub - VİDEO

Bakı. 8 may. REPORT.AZ/Azərbaycan karateçisi Rafael Ağayev Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatının qalibi olub. "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı karyerasında 13-cü dəfə qitənin ən güclüsü olub.

Ardıcıl olaraq, andorralı Serxi Herveri 5:0, avstriyalı Stefan Pokornını 4:0, macar Qabor Harspatakini 1:0 hesabı ilə məğlub edən Ağayev yarımfinalda fransalı Loqan da Kostanı 6:0 hesabı ilə üstələyib. Həlledici qarşılaşmada isə o, türkiyəli Erman Eltemuru yenib - 3:0.

Qeyd edək ki, 46 ölkədən 437 idmançının qatıldığı Avropa çempionatında İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadınlardan ibarət Azərbaycan millisi karatenin komanda kumite növündə finala yüksəlib. Bu gün keçiriləcək həlledici qarşılaşmada rəqib Xorvatiya olacaq. 

Son xəbərlər

Orphus sistemi