​"Rabitə" CEV Kubokunun yarımfinalında Rusiya klubu ilə qarşılaşacaq

​"Rabitə" CEV Kubokunun yarımfinalında Rusiya klubu ilə qarşılaşacaq 1/2 finalda komandamızın rəqibi Krasnodar "Dinamo"su olacaq
Komanda
13 Mart , 2015 08:18
​Rabitə CEV Kubokunun yarımfinalında Rusiya klubu ilə qarşılaşacaq

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun CEV Kubokunun yarımfinal mərhələsində qarşılaşacağı rəqibi məlum olub.

"Report" xəbər verir ki, komandamız 1/2 final mərhələsində Rusiyanın "Dinamo" (Krasnodar) kollektivi ilə üz-üzə gələcək.

Martın 12-də Fransada keçirilən "Dinamo" - "Nant" qarşılaşmasında Rusiya klubu qalib gəlib. Rusiyada keçirilən birinci qarşılaşma da, rusların üstünlüyü ilə başa çatmışdı.

Son xəbərlər

Orphus sistemi