Yuxarı

​Qrossmeysterlərin Pekində yarışı: Məmmədyarov Rəcəbovu qabaqlayıb

Dünya İntellektual Oyunları dekabrın 18-dək davam edəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmat turnirində ilk günün oyunları başa çatıb. "Report"un məlumatına görə, rapid turnirinə qatılan 16 şahmatçı arasında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da var. 

Turnirin ilk gününün yekunlarına əsasən, Ş.Məmmədyarov 4 mümkün xaldan 2,5 xal, T.Rəcəbov isə 1 xal toplayıb.

Qeyd edək ki, rapid turniri İsveçrə sistemi üzrə 7 turdan ibarətdir. Bu turnirin qalan 3 turu bu gün keçiriləcək və sonra mükafatçılar müəyyənləşəcək. Dekabrın 13-15-də 15 qoşa turdan ibarət blits-turnir, dekabrın 16-17-də iki rəngli fiqurlarla turnir keçiriləcək. İsveçrə sistemi üzrə keçirilən bu turnir 5 turdan ibarət olacaq. Dünya İntellektual Oyunları dekabrın 18-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi