Qəbələ cüdoçuları regional birinciliyin qalibi olublar

Qəbələ cüdoçuları regional birinciliyin qalibi olublar Qaliblərə ACF-in diplomları, medallar və hədiyyələr təqdim olunub
Komanda
9 Oktyabr , 2017 21:35
Qəbələ cüdoçuları regional birinciliyin qalibi olublar
Foto: Judo.az

Bakı. 9 oktyabr. REPORT.AZ/ İsmayıllıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak edir.

2004-2006-cı il təvəllüdlü oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi