Qazaxıstan çempionatında ərəb komandası çıxış edəcək

Qazaxıstan çempionatında ərəb komandası çıxış edəcək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası növbəti mövsümdən xokkey üzrə Qazaxıstan çempionatında çıxış edəcək.
Komanda
208
17 Mart , 2020 18:07
Qazaxıstan çempionatında ərəb komandası çıxış edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası növbəti mövsümdən xokkey üzrə Qazaxıstan çempionatında çıxış edəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, yarışa Abu-Dabi əmirliyinin tərkibindəki Əl-Ayn şəhərini təmsil edən klub daxil olacaq.

Qazaxıstan Xokkey Federasiyasının hazırda klubun müraciətini nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, Qazaxıstan çempionatında artıq bir əcnəbi komanda iştirak edir. Bu, Özbəkistanın "Xumo-2" klubudur.

Son xəbərlər

Orphus sistemi