Qarabağ müharibəsi veteranları arasında peyntbol turniri keçiriləcək

Qarabağ müharibəsi veteranları arasında peyntbol turniri keçiriləcək Açılış mərasimində Gənclər və İdman Nazirliyi, Paralimpiya Komitəsi və Peyntbol Federasiyasının nümayəndələri iştirak edəcək
Komanda
21 Noyabr , 2014 16:50
Qarabağ müharibəsi veteranları arasında peyntbol turniri keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında peyntbol turniri keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Peyntbol Federasiyasının (APF) mətbuat xidmətindən məlumat verilib.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək” İctimai Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Peyntbol Federasiyası tərəfindən təşkil edilən turnirdə Qarabağ müharibəsi veteranları, əlilliyi olan şəxslərlə yanaşı, paralimpiya çempionları da iştirak edəcək.

APF-dən bildirilib ki, 8 komanda arasında keçiriləcək turnirin təşkilində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılıması, gənclərin hər an Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olmasını təbliğ etmək, Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslərin vətənpərvərlik sahəsində bir örnək olaraq göstərilməsidir.

Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyi, Paralimpiya Komitəsi və Peyntbol Federasiyasının nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, yarış “Novxanı AF” oteldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi