Yuxarı
    Bağlamaq

    "Qarabağ" klubu Şəhidlər Xiyabanına yürüş təşkil edəcək

    Tədbir saat 11:00-a planlaşdırılıb

    Bakı. 24 fevral. REPORT.AZ/ "Qarabağ" futbol klubunun üzvləri fevralın 26-da Şəhidlər Xiyabanına yürüş təşkil edəcəklər. 

    "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir saat 11:00-a planlaşdırılıb.

    Yürüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, klub rəsmiləri, futbolçular, eləcə də, komandanın azarkeş qrupları iştirak edəcəklər.

    Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi