​"Qalatasaray" klub prezidentinin Rusiyaya buraxılmaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

​"Qalatasaray" klub prezidentinin Rusiyaya buraxılmaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Məlumatın həqiqəti əks etdirmədiyi bildirilir
Komanda
1 Aprel , 2016 15:55
​Qalatasaray klub prezidentinin Rusiyaya buraxılmaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu prezident Dursun Özbəkin qadın voleybolçular arasında CEV Kubokunun final mərhələsi üçün Rusiyaya yollana bilməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinin bəyanatında məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Klub "Milliyet" qəzetində "Rusiyalılar Dursun Özbəkə viza vermədi" başlıqlı xəbərin həqiqəti əks etdirmədiyini və D.Özbəkin nə fərdi, nə də komanda ilə birgə hər hansı viza müraciəti etmədiyini açıqlayıb.

Qeyd edək ki, nəşrin dərc etdiyi xəbərdə klub prezidenti Dursun Özbəkin "Dinamo" ilə keçiriləcək oyunu izləmək üçün Rusiyaya yollanmaq istəməsi, lakin ona viza verilmədiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi